YUYUCU AVADANLIQLARI

Şirkətimiz Avropa və ABŞ bazarlarının aparıcı şirkətlərinin rəsmi nümayəndəsidir. Onların arasında «Tammermatic» (Finlandiya), «Istobal» (İspaniya) və «Interclean» (ABŞ) kimi şirkətlər mövcuddur.

2010 cu ildən Azərbaycan bazarında biz Dövlət Neft Şirkəti (SOCAR), Bakı Metropoliteni kimi dövlət təşkilatları üçün müvafiq layihələrə imza atmışıq. Azərbaycanda şirkətimizin yuyucu həlləri hal hazırda SOCAR-ın yanacaqdoldurma məntəqələrində və Bakı Metropoliteninin deposunda quraşdırılmışdır.

O cümlədən avtomobillər, ağır nəqliyyat vasitələri, avtobuslar, dəmiryol parkları və müxtəlif xüsusi avadanlıqlar üçün yuma sistemləri istehsal edən qlobal, yüksək texnologiyalı həllər təklif edirik. Hər layihə üçün optimal nəticələrə zəmanət vermək iqtidarındayıq.