ŞƏRAB EXPORTU

Ötən əsirin 80-ci illərində Azərbaycanda 210 şərabçılıq fabriki fəaliyyət göstərdi, şərabçılıq sistemində 150 mindən çox işçi və mütəxəssis çalışırdı. Həmin illərdə ölkədə 56 növ şərab, 10 növ konyak, 4 növ şampan və digər spirtli içkilər istehsal olunurdu. Bir çox şərab çeşidi (Akstafa, Şamaxa, Kürdəmir və s.) dəfələrlə dünya miqyaslı tədbirlərdə medallara layiq görülmüşlər.
Bizim “Ağdam” Baltikyanı ölkələrdən başlayaraq Uzaq Şərqdəki ölkələrə qədər rəqiblərini belə tanımırdı və şampan şərabları Moskva rəsmiləri üçün ən yaxşı hədiyyə sayılardı. Vətənimizin müstəqilliyinin ilk illəri üzümçülük və şərabçılığın demək olar ki, tamamilə məhv edilməsi ilə başa çatdı, və yalnız son illərdə bu faydalı və gəlirli sahə bərpa olunmaqla, göstəricilər ildən-ilə artdı. 2017-ci ildə ölkədə 1 milyon dekalitrdən çox şərab məhsulları istehsal edilmişdir ki, bunun da təxminən 375 min dekalitri ixrac edilmişdir. Düzdür, Azərbaycan şərabının əsas ixrac istiqamətlərinin coğrafiyası cox şahəli olmasada, yalnız 338 min dekalitr Rusiyaya və 27 min dekalitr məhsul Çinə ixrac edilmişdir.

Hökümət qarşısında qoyulan tapşırıqlarınızın və islahatlarınızın vektorun davamı olaraq, bir vətənpərvər sahibkar kimi, Azərbaycanımızı beynəlxalq məkanlarda daha da tanıtmaq məqsədi ilə, şərabçılığın böyük idxal potensialına malik olan Kanadanın Ontario provinsiyası haqqında məlumat vermək və bir sıra konseptual təkliflər irəli sürmək qərarına gəldik.

Məlumat üçün bildirmək istərdik ki, Kanadanın içki sektorunun həcmi təqribən 24 milliard dollara (müqaisə üçün təxminən İslandiya ölkəsinin ümum daxil məhsulu) bərabərdir. Ontario provinsiyasının içki sektoru dövlət (LCBO) tərəfindən tənzimlənir və sonuncu, qiymətlərin, idxal şərtlərin, idxalçı ölkələrin, məhsulların, kvotaların nəzarət və tənzinləmə mexanizmlərini həyata keçirir.

LCBO 2019 cu il üzrə bəzi əsas rəqəmləri nəzərinizə çatdırıram:
6.39 milyard dollar gəlir əldə edilib;
Ontario hökumətinə 2.37 milyard dollarlıq dividend köçürülüb;
Elektron ticarətin cəmi satışları: 19.5 milyon dollar;
Mobil telefon proqramından tətbiqetmiş ticarət dövriyyəsi: 2.9 milyon dollar; 450.000-dən çox aktiv mobil tətbiqetmə istifadəçisi;
Ontario boyunca xidmət edən LCBO mağazalarının sayı: 666;
Elektron ticarət satışları otən il müqaisədə 72% artması;

MEDİA VƏ FAYDALI MƏLUMATLAR

EXPORT ÜÇÜN XÜSUSİ TƏKLİFLƏR

$1.80-$2.50 -dan başlayan qiymətlərlə

Kanadaya məhsulunuzu eksport etmək və şərab mağazalarda görmək istəyirsinizsə,
xahiş olunur bu formanı doldurub bizə göndərəsiniz.