AVTOMATIK YANĞINSÖNDÜRMƏ TOPU

Bütün növ (A,B,C,E,F sinifləri) yanğınları söndürmək üçün.

Yanğınsöndürmə Topu (YT) YT odla təmasda tamamilə avtomatik bir yanğınsöndürəndir.
Atılanda və ya oda yuvarlananda dərhal yanaraq partlayacaq. Ayrıca isti nöqtələrin, məsələn, yanan obyektlərin, o cümlədən, elektrik qutuların, qaz anbarların, istehsalat sahələrin, tikintilərin, nəqliyyat vasitələrinin, müəssisələrin (məktəb, baxça, tibb mərkəzləri və sair) olduğu yerlərə yerləşdirmək mümkündür. Yanğın baş verərsə, insanların həyatını və mülkünü qoruyaraq yanğının öhdəsindən özü gələcək və yanğını zərərləşdirəcək.

ÜSTÜNLÜKLƏR

Dərhal işə düşmə.
Effektli və həddindən artıq səmərəli yanğını dayandıran toz topu istənilən yanğını dayandırmağın ən sürətli yoludur. Yalnız top atın və o, 3 saniyədə özünü aktivləşdirəcək və alovun qarşısını alacaq.
Avtomatik aktivləşdirmə.
Yanğın baş verdikdə və yanğınsöndürmə briqadasını çağırmaq imkanı olmadıqda, və ya briqadanın əraziyə
gələnə qədər, YT əvəzolunmaz köməkdir. Özünəməxsus və unikal yanğının qabağın alma mexanizmi avtomatik olaraq aktivləşir,  və bunun üçün istənilən məsafədən topu dayanma nöqtənizdən alova atmaq lazımdır.
Təhlükəsiz məsafə.
Alova yaxınlaşmağa heç
bir ehtiyac yoxdur, onu uzaqdan alova atmağla topun öz işin görməyinə müşahidə edin.

İnsan və Ətraf Mühit. Təlim və Xidmət.

İnsanlar və ətraf mühit üçün zəhərli deyil. Xüsusi təlimə ehtiyac yoxdur, o cümlədən xüsusi bacarıq tələb olunmur. Təmir və xidmət tələb etmir. 5 illik zəmanətə malikdir. Asanlıqla idarə olunur, yüngüldür, çəkisi 1,5 kq-dan azdır, qadınlar, uşaqlar və yaşlılar üçün də əlverişli yanğınsöndürücüdür. Hər kəs yanğına vaxtında reaksiya verə və sürətli istifadə edə bilər!

TEXNİKİ GÖSTƏRİCİLƏR

Yanğının kateqoriyaları:
A-Bərk maddələrin yanğını (kağız, karton, taxta, plastik əşyalar və s)
B-Alışabilən mayelərin
yanğını (neft, benzin, kerosin, metanol və s)
C-Alışabilən qazların yanğını (Propan, butan, metan, asetilen və s) E-Elektrik yanğınları
F-Mətbəxdə istifadə olunan yağlar, piylərin yanğını

 Adi Yanğınsöndürənlər və Yanğınsöndürən Topu arasındakı müqayisə

Yanğınsöndürən balon partlayaraq, qumbara effekti verərək, dəmir hissələri çox yüksək sürətlə xaotik hərəkət edir və insan həyatına ciddi təhlükə yarada bilər. Uzun müddətli və birbaşa gün işığı altında olarkən tez sıradan çıxır, o cümlədən dəniz kənarı şəhərlərdə yanğınsöndürən balonların korroziyaya məruz gəlməsinə çox tez-tez rastlaşmaq olar.

SERTİFİKATLAR

NƏZARƏT HESABATI