NƏQLİYYAT SAHİBLƏRİNİN YANĞINDAN MÜHAFİZƏSİ

Son illərin təcrübəsi göstərir ki, avtomobillərin hətta heç bir kənar müdaxilə olmadan (“səbəbsiz”) alışması da mümkündür. Bu, əsasən elektrik sisteminə müdaxilənin nəticəsi olsa da, normal istismar gedişində yaranan problemdən də avtomobilin alışması mümkündür. Nəzrə alın ki, alovlanan avtomobil orta hesabla 10 dəqiqəyə tam yanır. Ona görə də avtomobilin alovlanmasından sonra hətta yanğısöndürmə stansiyasının 100 metrliyində olsanız da, avtomobilinizin tam yararsız hala düşməsi qaçılmazdır. Amma təcrübə göstərir ki, əksər hallarda avtomobilin alovlanması 5-6 dəqiqə davam edən ilk tüstülənmədən və ya kiçik sahədəki alovdan sonra baş verir. Belə tüstülənməni və kiçik alovu isə avtomobil üçün odsöndürənlə söndürmək çətin deyil.

İnzibati xətalar Məcəlləsi

302.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə müvafiq cərimələr nəzərdə tutulub.

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.

“Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin 7-ci hissəsinə, habelə “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 7-ci maddəsinə diqqət etdikdə məlum olur ki, hər bir nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) öz mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və ilkin yanğınsöndürmə vasitələri saxlamaq vəzifəsini daşıyır.

Avtomobilin, traktorun və s. sahibi nəqliyyat vasitəsində odsöndürən saxlamağa borcludur. Bu maddə gəmi, qatar, təyyarə, metro kimi nəqliyyatda, habelə müəyyən sayda nəqliyyat vasitələri olan daşıyıcı təşkilatlarda (məsələn, təhlükəli yük daşıyan avtomobilləri olan təşkilatda, avtobus parkında və başqa belə hallarda), özü də ümumi yanğın təhlükəsizliyi vəziyyətinə nəzarət gedişində tətbiq olunur

Bununla bağlı başqa bir məsələyə də toxunmaq lazımdır. “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin 7-ci hissəsinin hərfi mənasından yanaşsaq, avtomobilində odsöndürən olmayan sürücünü İXM-in 155.2-3-cü maddəsi üzrə məsuliyyətə cəlb etməyin mümkünlüyünü düşünmək olar, çünki odsöndürən “konstruksiyanın digər ünsürləri” sırasında yer alır.

Qanunun bütün maddələrinə nəzərdən keçirdikdə, odsöndürən olmadan avtomobil texniki baxışdan keçə bilməyəcək.

Qərarın tam mətnini buradan yükləyə bilərsiniz: https://nk.gov.az/az/document/4005/

Azərbaycan Respublikası Nazirlər Kabineti № 399 saylı, 9 sentyabr 2019-cu il tarixli qərarına əsasən nəqliyyat vasitələrinin odsöndürənlərlə təminat normaları müəyyən olmuşdur.